Rusiya Ukrayna ilə diplomatik münasibətləri dayandırdı
Rusiya Ukrayna ilə diplomatik münasibətləri dayandırıb. APA TV-nin xəbərinə görə, bu barədə məlumat verən Rusiyanın BMT yanında daimi nümayəndəsi Vitali Çurkinin sözlərinə görə, buna səbəb rəsmi Moskvanın Ukraynadakı hazırkı hakimiyyəti legitim saymamasıdır.
Referendum barədə suala cavab verən Çurkin bildirib ki, bu qərarı Krım parlamenti qəbul edib və suala yalnız Rusiya nümayəndəsi kimi cavab verə bilər.
Hazırda Ukraynada 30 min rus hərbçisi var. Bu barədə isə Ukraynanın Dövlət Sərhəd Xidmətinin Krımdakı əməliyyat qrupunun rəhbəri Mixail Koval məlumat verib. General Polkovnik həmçinin bəyan edib ki, sərhəddə, xüsusilə "Krım" sərhəd-keçid məntəqəsində vəziyyət gərgin olaraq qalır. O bildirib ki, 7 mart gecəsi aralarında 9 hərbçi qadının da olduğu 12 sərhədçini Rusiya hərbçiləri saxlayıblar. Bundan sonra özlərinə lazım olan hər şeyi rahatlıqla sərhəddən keçiriblər.