Sərxoş kişi sirkə turşusu içib öldü
Qaxda 60 yaşlı kişi sirkə turşusundan ölüb. Qax rayon Prokurorluğundan APA TV-yə verilən məlumata görə, hadisə rayonunun Qaratala kəndində baş verib. 59 yaşlı kənd sakini Zahid Məmmədov yaşadığı evin həyətindəki təndirxanada sirkə turşusu içib. Zahid Məmmədov Qax Mərkəzi Rayon Xəstəxanasına aparılarkən yolda keçinib. Qax rayon Prokurorluğundan bildirilib ki, həyat yoldaşı və qızı ilə yaşayan Zahid Məmmədov son illərdə mütəmadi olaraq spirtli içki qəbul edirmiş. Hadisə baş verən gün də Zahid Məmmədov içkili olub. O, yaxınları evdə olarkən təndirxanada boş bankalar, içki şüşələri yığılan yerdən götürdüyü sirkə turşusunu içib. Mərhumun yaxınları Zahid Məmmədovun sirkə turşusunu spirtli içki bilərək içdiyini söyləyirlər.
Bunu Qax rayon prokurorluğunun müstəntiqi İlqar Səfərov deyib. Həmin şəxs xəstəxanaya çatdırılarkən yolda ölüb.
Faktla bağlı Qax rayon Prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır.