Əli Abbasov rabitə və yüksək texnologiyalar naziri təyin olunub

Azərbaycan prezidenti İlham Əliyev Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması haqqında sərəncam imzalayıb. Sərəncama əsasən yeni nazirlik Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi əsasında yaradılıb. Prezident Nazirlər Kabinetinə yeni nazirliyin Əsasnamənin layihəsi, strukturu və işçilərinin say tərkibi barədə təklifləri bir ay müddətində hazırlayıb təqdim etməyi tapşırıb. Dövlət başçısının digər sərəncamı ilə Əli Abbasov Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri təyin olunub.

Müəllif | Apa.Tv
Elvin Bayramlı