TOVUZDA DAHA BIR ERMƏNİ SAXLANIB
Azərbaycanın Tovuz rayonunda təmas xəttini keçən Ermənistan vətəndaşı saxlanılıb. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Şahin Sayılovun APA-ya verdiyi məlumata görə, Ermənistan vətəndaşı olan 20 -22 yaşlı şəxs saxlanılıb. Onun kimliyi hələlik bilinmir. Ş. Sayılovun sözlərinə görə, dil bilməyən Ermənistan vətəndaşı Bakıya gətirilir.