Zaqatala 47 yaşlı kişi bıçaqlanaraq qətlə yetirilib

Zaqatalada 47 yaşlı kişi bıçaqla qətlə yetirilib. APA TV-nin məlumatına görə, rayonun Yuxarı Tala kənd sakini, 1967-ci il təvəllüdlü Elxan Mömin oğlu Teymurxanov ürək nahiyəsindən aldığı bıçaq xəsarəti ilə Zaqatala Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq yaralının həyatını xilas etmək mümkün olmayıb.


Zaqatala Rayon Polis Şöbəsindən verilən məlumata görə, keçirilən axtarış-əməliyyat tədbirləri nəticəsində Elxan Teymurxanovu ürək nahiyəsindən bıçaqlayan şəxsin Ağsu rayon sakini, 1979-cu il təvəllüdlü Mustafayev Murad Əlhəmid oğlunun olduğu məlum olub. İlkin ehtimala görə, Murad Mustafayev Elxan Teymurxanovu şəxsi münaqişə zəminində bıçaqlayıb. Murad Mustafayev hadisəni törədikdən sonra hadisə yerindən qaçıb. Hazırda Zaqatala RPŞ-nin əməkdaşları Murad Mustafayevin tutularaq istintaqa təhvil edilməsi istiqamətində axtarış-əməliyyat tədbirlərini davam etdirirlər. Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda cinayət işi başlayıb.

 

Müəllif | Apa.Tv
Vüqar Heydərov