Malayziyada göyərtəsində 239 nəfər olan təyyarə yoxa çıxıb
Malayziyada göyərtəsində 239 nəfər olan təyyarə ilə əlaqə kəsilib.
"Malaysia Airlines" aviaşirkəti göyərtəsində 239 nəfər olan, Kuala-Lumpur – Pekin reysini həyata keçirən təyyarə ilə əlaqənin itdiyini açıqlayıb. APA-nın "RİA Novosti" agentliyinə istindən verdiyi məlumata görə, təyyarədə 227 sərnişin və 12 ekipaj üzvü var. Təyyarədə 153 Çin, 38 Malayziya, 12 İndoneziya, 6 Avstraliya, 3 Fransa, 4 Amerika, 2 Ukrayna vətəndaşı olub. Təyyarə ilə əlaqə yerli vaxtla saat 02:40-da kəsilib. Malayziya hökuməti əməliyyat-axtarış tədbirlərinə başlayıb.