Bağlı qapı arxasında qalmış 82 yaşlı qadın xilas edilib

Bu gün səhər saat 9:20 radələrində FHN-nin 112 «Qaynar xətt”inə Nərimanov rayonu, Atatürk prospekti, 29 mənzil 13 ünvanında bağlı qapı arxasında yaşlı qadının köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Hadisə yerinə FHN-nin xilasediciləri, təcili yardım briqadasının əməkdaşları və Nərimanov rayon Polis İdarəsinin 16-cı polis bölməsinin əməkdaşları gəliblər. Xüsusi alət və avadanlıqların köməkliyi ilə qapını açmaq mümkün olub.

sinxron Seyran Canıyev, əməliyyat müvəkkili
 

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gəliblər. Hal-hazırda qapı açılıb. Vətəndaş Soltanova Sona Əbdülrəhim qızı evdə sağ salamat aşkarlanıb.
 

Xilas edilən qadın həyəcanlı olduğundan ona ilkin tibbi yardım göstərilib.
 

 

Müəllif | Apa.Tv