Müharibə və Əmək Əlilləri üçün Pansionatda 8 mart tədbiri keçirilib
8 mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Bilgəh Müharibə və Əmək Əlilləri üçün Pansionatda bayram tədbiri keçirilib. Tədbirdə çıxış edən nazirlik yanında Dövlət Sosial Təminat Xidmətinin rəisi Çingiz Əliyev qocalar evinin sakinlərini 8 mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edib. Onun sözlərinə görə, ölkəmizin əldə etdiyi iqtisadi nailiyyətlər dövlət himayəsində yaşayan qadınların hərtərəfli diqqət və qayğı ilə əhatə olunmasını təmin edir.
Ürək sözlərini söyləyən qadınlar onlara göstərilən qayğıya görə ölkə rəhbərinə minnətdarlıqlarını ifadə ediblər.
Tədbirdə pansionatda yaşayan qadınlara nazirlik adından hədiyyələr təqdim olunub. Daha sonra tədbir musiqili proqramla davam etdirilib. Bilgəh Müharibə və Əmək Əlilləri üçün Pansionatda hazırda 150 ahıl və əlil dövlət himayəsində yaşayır. Onlardan 80 nəfəri qadındır.