Qatil tutuldu

47 yaşlı Zaqatala rayon sakinini bıçaqla qətlə yetirib hadisə yerindən qaçan Ağsu sakini həbs edilib. Zaqatala rayon Polis Şöbəsindən  APA TV-yə  verilən məlumata görə, Zaqatala rayon Polis Şöbəsinin axtarış-əməliyyat qrupunun və Ağsu rayon Polis Şöbəsinin  əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində martın 7-i axşam saatlarında rayonun Yuxarı Tala kəndi ərazisində kənd sakini 47 yaşlı Elxan Mömin oğlu Teymurxanovu ürək nahiyəsindən bıçaqlayaraq hadisə yerindən qaçan Ağsu rayonunun Muradlı kənd  sakini 35 yaşlı Mustafayev Murad Ələhməd oğlu Ağsu rayonu ərazisində həbs edilərək Zaqatalaya gətirilib.

 

Qeyd edək ki, martın 7-də Elxan Teymurxanov ürək nahiyəsindən aldığı bıçaq yarası ilə Zaqatala Mərkəzi Rayon Xəstəxanasına daxil olub. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

 

Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırmalar davam etdirilir.

 

Müəllif | Apa.Tv
Vüqar Heydərov