İsrail İranın gəmisini saxladı

İsrail telekanalları İrana məxsus olduğu və Fələstinə silah daşıyarkən saxlanıldığı bildirilən gəmini nümayiş etdirib. Gəmi İsrail  Hərbi Dəniz Qüvvələrinin gəmilərinin müşayiəti ilə Eylan limanına gətirilib.

 

Məlumata görə, ələ keçirilən gəmi Panama bayrağı altında üzürmüş. İsrail xüsusi təyinatlıları gəmini Qırmızı dənizin cənub hissəsində saxlayıblar. Gəminin göyərtəsində Suriya istehsalı olan onlarla M-302 raketləri aşkarlanıb. Bu raketlər təxminən 200 kilometr hərəkət radiusuna malikdir.

 

Müşahidəçilərin fikrincə, İsrail tərəfi gəminin görüntülərini televiziya kanallarında və sosial şəbəkələrdə yaymaqla göstərmək istəyir ki, İranın yeni prezidenti Həsən Ruhani dünyada terrorçuluğu dəstəkləyir və beynəlxalq hüququ pozur.

 

İranın xarici işlər naziri Cavad Zərif isə İsraili gəminin saxlanılması ilə bağlı işi saxtalaşdırmaqda ittiham edib. Onun sözlərinə görə, gəminin İsrailin baş naziri Benyamin Netanyahunun ABŞ-a səfəri zamanı saxlanılması şübhəlidir. Nazirin fikrincə, gəmi ilə bağlı tarixçə uydurmadır.

 

Müəllif | Apa.Tv
Apa.tv