İstanbulda qadınlarla polis arasında qarşıdurma yaşandı

8 Mart Benyləlxalq Qadınlar Günü münasibətilə Türkiyənin İstanbul şəhərində yüzlərlə qadın aksiya keçirib. Qadınlar İstiqlal prospekti ilə Taksim meydanına doğru yürüş ediblər.

 

Polis qadınların qarşısını kəsib və Taksim meydanına daxil olmasına imkan verməyib. Polis əməkdaşları aksiya iştirakçılarını dağılaşmağa çağırıb. Lakin qadınlar dağılışmayıblar. Qadınlarla polis əməkdaşları arasında gərginlik yaranıb.

 

Gərginlik təxminən iki saat davam edib. Bundan sonra qadınlar dağılışıblar və İstanbulun mərkəzində sakitlik bərpa olunub.

 

Müəllif | Apa.Tv
Apa.tv