Con Kerri Lavrova xəbərdarlıq edib

ABŞ dövlət katibi Con Kerri Rusiya Xarici İşlər Naziri Sergey Lavrova diplomatik ultimatum irəli sürüb.  CNN-nin məlumatına görə, Kerri Lavrov ilə telefon danışığı zamanı Rusiya Krım və ya Ukraynanın digər bölgələrində hərbi mövcudluğunu genişləndirməyi davam etdirəcəyi təqdirdə, böhranın həlli üçün diplomatik yolların tükənə biləcəyi haqqında ona xəbərdarlıq edib.  Onun sözlərinə görə, Rusiyanın Krımı özünə birləşdirməsi ilə bağlı növbəti addımları diplomatik addımlar üçün heç bir şans saxlamayacaq. Eyni zamanda dövlət katibi Moskvanı maksimum dərəcədə təmkinli olmağa çağırıb. Rusiya XİN-nin saytında yazılan məlumata görə, xarici siyasət idarələrinin başçıları "Ukrayna böhranın həllinə yardım məqsədi ilə intensiv əlaqələri davam etdirmək barədə razılığa gəliblər." Danışığın təfərrüatı haqqında başqa məlumat verilmir.

 

Bundan başqa, ABŞ prezidenti Barak Obama İngiltərə Baş naziri David Cameron, Fransa prezidenti Francois Hollande və İtaliya Baş naziri Matteo Renzi ilə Ukraynadakı vəziyyəti müzakirə edib. Danışıqlar zamanı tərəflər martın 16-da keçiriləcək referendumda  Krım statusu haqqında referendumu müzakirə ediblər.

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı