Ukrayna helikopteri atəşə tutuldu

Martın 9-da gecə silahlı şəxslər Krımla inzibati sərhəddə Ukrayna sərhədçilərinin helikopterinə atəş açıb. Bu barədə Ukrayna Sərhəd Xidməti məlumat yayıb. Məlumata əsasən, göyərtəsində silah olmayan helikopter dövlət sərhədi və ətraf rayonlarda patrul çəkərkən Krım ərazisindən keçən zaman Armyansk yaşayış məntəqəsindən atəş açıldığını görüb. Avtomatik silahdan açılan atəş nəticəsində heyət və helikopter xəsarət almayıb.

 

Daha öncə də silahlı şəxslər ATƏT müşahidə qrupuna və jurnalistlərə xəbərdarlıq atəşi açaraq onların yarımadaya gəlmələrinə imkan verməmişdilər.

 

Bir gün əvvəl Simferopola hərbi yük maşınlarının getdiyi müşahidə edilib. Hərbçilərlə dolu maşınların sayı 70-dən çox olub.

 

Texnikanın üzərində heç bir nömrə olmayıb, lakin onları Rusiya hərbi yol polisi maşınları tərəfindən müşayiət edilib.

 

Daha öncə də  Rusiya hərbi yol polisi maşınlarının müşayiəti ilə Simferopola 90 hərbi yük maşınının gəldiyi məlumatı verilmişdi.

 

Müəllif | Apa.Tv