8 Martda 8 nəfər dəm qazından zəhərləndi
Bakıda 8 nəfər dəm qazından zəhərlənib. Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının böyük həkimi Afaq Kazımova bildirib ki, ötən gün 1652 müraciət daxil olub, onlar 134 xəstəxanaya yerləşdrib. Bunlardan 8 nəfəri dəm qazından zəhərlənmə ilə bağlıdır. Zəhərlənənlər 1 saylı Kliniki Xəstəxananın toksikologiya şöbəsinə yerləşdirilib. Həkim bildirib ki, müraciət edənlərin əksəriyyəti arterial qan təyziqi, uşaqlarda kəskin respirator xəstəliklərlə bağlı olub. Bundan əlavə dəm qazından zəhərlənmə ilə bağlı 8 müraciət daxil olub. Onlardan 7 nəfəri xəstəxanaya yerləşdirib. Stansiyadan bildiriblər ki, qida zəhərlənməsi ilə bağlı müraciət edilməyib. Dəm qazından zəhərlənmə hadisələri isə Səbail və Xətai rayonlarının ərazisində qeydə alınıb. Xatırladaq ki, bir neçə gün öncə, Bakının Qaradağ rayonu Lökbatan qəsəbəsində dəm qazından kütləvi zəhərlənmə hadisəsi baş verib. Hadisə zamanı 115 nəfər dəm qazından zəhərlənib. Dəm qazından zəhərlənənlərdən 43 nəfər xəstəxanaya yerləşdirilmişdi.