Rus hərbçiləri Krımda hərbi bazanı tutdu

Krımda "Qaradəniz" qəsəbəsindəki hərbi hissə rus hərbçiləri tərəfindən zəbt edilib. Bu barədə Dövlət sərhəd xidmətinin mətbuat katibi Oleq Slobodyan açıqlama verib. Hadisə martın 9-da səhər saat 6 radələrində baş verib. Hərbi hissə Rusiyanın 30 silahlı hərbçisi tərəfindən zəbt edilib. Hücumun detalları dəqiqləşdirilir.

 

Müəllif | Apa.Tv