Hava yağmurlu olacaq
Martın 10-da və 11-də Bakıda və Abşeron yarmadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Ayın 10-da gecə və 11-i səhər saatlarında yarmadanın bəzi yerlərində az yağış yağacağı ehtimal olunur. Mülayim cənub şərq küləyi 11-i axşam şimal qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu isə günorta saatlarında 9-14 dərəcə intervalında dəyişəcək. Gülşad Məmmədovanın sözlərinə görə, bölgələrimzdə də hava şəraiti martın 10 da əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılsa da, 10-u axşam və 11-i səhər saatlarında cənub və qərb rayonlarında az yağıntılı olacağı ehtimal olunur. Havanın temperutu mərkəzi aran rayonlarında günorta saatlarında 12-17 dərəcə isti, dağlarda isə günorta saatlarında 5-10 dərəcə intervalında dəyişəcək.
Martın 10 da cənub şərq küləyinin arabir güclənməsi eləcədə martın 11-də mülayim şimal qərb küləyi əksər meteohəsas insanlarda diskomfort hissi yarada bilər.