Kiyev Krımın bank hesablarını dondurdu
Rəsmi Kiyev Krım Dövlət Xəzinədarlıq Departamentinin bütün hesablarını blok edib. "İnterfax"ın xəbərinə görə, bunu Muxtar Respublika baş nazirinin müavini Rüstəm Temirgaliev deyib. Temirgalievin sözlərinə görə, hesablar dondurulsa da Krımda ümumi vəziyyət nəzarət altındadır.
"Biz indi təcili olaraq Rusiya banklarında əhalinin maaşsız və təqaüdsüz qalmaması məqsədi ilə hesablar açırıq".
Baş nazir deyib ki, Krım müstəqil Muxtar Respublika kimi belə vəziyyətdə yaşaya bilər. Rüstəm Temirqaliyev deyib ki, Krım Ali Şurasının deputatları region sakinlərinin martın 16-na təyin edilmiş referendumda Krımın Rusiyanın tərkibinə qatılması haqqında qərara müsbət cavab verməyəcəyi təqdirdə, səlahiyyətlərinə xitam verəcəklər. Baş nazirin müavini bildirib ki, belə olan təqdirdə, Krım parlamentinə yeni seçkilər təyin ediləcək.