Ürək xəstəliklərinə yol açan başlıca amil
Azərbaycanda gənclər arasında ürək xəstəliklərinin sayı artıb. Bunu Elmi Tədqiqat Koordiologiya insitunun baş elmi işçisi Rafiq Yusifli APA TV-yə müsahibəsində deyib. Xəstəliyin başlıca səbəbinə gəlincə kordioloq Rafiq Yusiflinin sözlərinə görə, "200-ə qədər risk amili var ki, bunlar ürək damar xəstəliyini əmələ gətirir. Bunların ən başlıcası gənclər və yeniyetmələr arasında siqarətə həddindən artıq meyllikdir. Bu çox ciddi amildir. Son hesablamalara görə Rusiya fedarisiyasında kişilər arasında siqaret çəkənlərin sayı 40 faiz təşkil edirsə, Azərbaycanda bu rəqəm ona bərabərdir." Rafiq Yusifli deyir ki, siqaret insanlarda urəyin damar divarlarını zədələyir. "Hər dəfə siqaret çəkəndən sonra, damarların kəskin şəkildə qısamüddətli daralması baş verir. Buna görə də sistematik olaraq siqaret çəkənlərdə damarlar demək olar ki, hər zaman daralmış olur ki, bu da qanı damarlarda dövr etmək üçün ürəyin daha çox işləməsini tələb edir. Daha gərgin rejimdə işləməyə məcbur olduğu üçün, ürək daha tez qocalaraq öz funksiyasını tam şəkildə yerinə yetirə bilmir." Kordioloqun sözlərinə görə, aktiv şəkildə siqaret çəkənlərdə praktik olaraq bütün ürək-damar xəstəlikləri, siqaret çəkməyənlərə nisbətən xeyli dərəcədə çox yayılıb. Rafiq Yusifli insanlara"əgər sağlam ürəyə sahib olmaq istəyirsinizsə, siqaret çəkməyin və ya heç olmasa çəkdiyiniz siqaretlərin sayını mümkün qədər azaldın" tövsiyyəsini edir.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən tütün epidemiyası hər il 5,4 milyon insanın həyatına son qoyur. Əgər bunun qarşısı alınmazsa, 2030-cu ilə qədər tütünçəkmə ildə 10 milyon insanı öldürə bilər.