Ukraynanın yeni baş naziri ABŞ-a gedir
Ukraynanın baş naziri Arseni Yasenyuk ali səviyyədə danışıqlar aparmaq üçün Amerika Birləşmiş Ştatlarına gedir. Bu barədə o, keçirdiyi Nazirlər Kabinetinin açıq növbədənkənar iclasında deyib.
İclas zamanı Yasenyuk həmçinin bəyan edib ki, Budapeşt Memorandumunu imzalayan üzv ölkələr bu memorandumun həyata keçirilməsi və Ukraynanın bölünməz, azad ölkə kimi qalması üçün mümkün olan və olmayan hər şeyi edəcəklər. Daha öncə isə Amerika qərargah rəislərinin birləşmiş komitəsinin rəhbəri Martin Dempsi ölkəsinin Avropadakı tərəfdaşlarını dəstəkləməyə və Ukraynaya yardım etməyə hazır olduqlarını bildirib. Onun sözlərinə görə, ABŞ təhdidə cavab verməyə hazır olduqları ilə bağlı açıq mesaj göndərir.