Rusiya ordusu Krımda daha iki aerodromu ələ keçirib
Rusiya ordusu Ukraynanın Krım bölgəsində daha iki aerodromu ələ keçirib. APA TV xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin məlumat yayıb. Bİldirilir ki, Novofyodorovka aerodromu artıq rusiyalı hərbçilərin nəzarətindədir. Hazırda aerodromda 80-ə yaxın hərbçinin olduğu, uçuş zolağının ətrafında atəş nöqtələrinin yaradıldığı və pulemyotların qurulduğu bildirilir. Hərbçilərə 50 nəfərə yaxın mülki şəxs yardım edir. Aeorodramdan bir neçə Mİ-24 təyyarəsinin havaya qalxdığı barədə məlumatlar var.
Krımın şimalındakı Canköy aerodromu da rusiyalı hərbçilər tərəfindən tutulub. Bu aerodrom hərbi təyyarələr üçün nəzərdə tutulmayıb. Rusiya ordusu İL-76 təyyarələri vasitəsilə aerodroma desant qrupları gətirir.
Xerson vilayətindən Krıma gedən bir qrup ukraynalı jurnalist yoxa çıxıb. Ukrayna mətbuatının məlumatına görə, hərbi geyimli şəxslər jurnalistləri naməlum istiqamətdə aparıblar.
Luqansk şəhərində Rusiya tərəfdarlarının keçirdiyi aksiyanın iştirakçıları qubernator Mixail Bolotskixin kabinetini zəbt ediblər və qubertanora istefa ərizəsi yazdırıblar. İstefa ərizəsi mitinqdə oxunub, administrasiya binasının üzərindən Rusiya bayrağı asılıb.
Qubertanor Mixail Bolotskix isə administrasiya binasından çıxarıldıqdan sonra özünün Facebook profilindən bəyan edib ki, istefa ərizəsini təzyiq altında yazıb və bu ərizənin heç bir hüquqi əsası yoxdur.