İlham Əliyev "Yubiley" medalı ilə təltif edildi

Türkiyənin İstanbul şəhərində Beynəlxalq Qara Dəniz və Xəzər Dənizi Əməkdaşlıq və Tərəfdaşlıq Fondunun 5-ci ildönümü ilə bağlı mükafatlandırma mərasimi keçirilib. Fondun təsis edilməsi təşəbbüsünü dəstəklədiyinə və bu qurumun fəaliyyətinə əsaslı töhfələr verdiyinə görə Azərbaycan prezidenti İlham Əliyev "Yubiley" medalı ilə təltif olunub.

 

Beynəlxalq Qara Dəniz və Xəzər Dənizi Əməkdaşlıq və Tərəfdaşlıq Fondunun prezidenti, Türkiyə Böyük Millət Məclisinin deputatı İsmayıl Safi rəhbərlik etdiyi təşkilatın 5 illik fəaliyyəti və gələcək planları haqqında ətraflı məlumat verib. Bildirib ki, 20 ölkənin təmsil olunduğu Fondun əsas məqsədi Xəzər dənizi bölgəsi ilə Qara dəniz ölkələri arasında iqtisadi inkişaf, ətraf mühit, elm, təhsil, mədəni müxtəliflik, tolerantlıq və mədəniyyətlərarası dialoq sahəsində əməkdaşlıq yaratmaqdır.

Müəllif | Apa.Tv
Apa.tv