Almaniyadan Rusiyaya Ukrayna xəbərdarlığı

Avropa Şurasının Baş katibi Turbyorn Yaqland Kiyevə rəsmi səfər edəcək. Bu barədə UNİAN agentliyi məlumat yayıb. Səfər zamanı yeni hökumətin qəbul etdiyi qərarlar müzakirə ediləcək. Həmçinin, ölkəyə beynəlxalq müşahidəçilərin cəlb edilməsi və ixtişaşlar zamanı baş verən zorakılıqların araşdırılması yolları axtarılacaq. O cümlədən baş katib keçirəcəyi görüşlərdə təmsil etdiyi qurumun rəsmi Kiyevə insan hüquqları, xüsusilə də Ukraynada yaşayan etnik xalqların hüquqlarının qorunması barədə irəli sürdüyü təklif ciddi müzakirə mövzusu olacaq.

 

APA TV-nin xəbərinə görə, Ukraynanın baş naziri Arseniy Yatsenyuk martın 12-də Ağ evdə ABŞ prezidenti Barak Obama ilə görüşəcək. ABŞ Dövlət Departamentinin rəsmi saytında yer alan xəbərə əsasən, görüşdə Krım məsələsində Rusiya ilə yaranmış qarşıdurma əsas müzakirə mövzusu olacaq. Görüşdə bu il keçiriləcək prezident seçkilərinə də toxunulacaq.

 

Bu arada Almaniyanın xarici işlər naziri Rusiyaya xəbərdarlıq edib. Frank Valter Ştaynmayer deyib ki, Rusiya Ukraynaya müdaxiləsi ilə bağlı yaranmış gərginliyin azaldılması istiqamətində addımlar atmasa, Avropa Birliyi bu ölkəyə qarşı sanksiyaların növbəti səviyyəsinə keçməli olacaq. Yaxın üç gündə aparılacaq danışıqlarda Rusiya problemin həllinə dair beynəlxalq formatın yaradılmasına razılıq verməsə, Avropa Birliyi yeni sanksiyalar tətbiq edəcək. Sanksiyaların ikinci mərhələsində Ukraynada yaranmış böhrana cavabdeh olanların Avropa Birliyi məkanına səfərlərinə məhdudiyyət qoyulmasını və onların Avropa birliyi  ölkələrindəki aktivlərinin dondurulmasını nəzərdə tutulur. 

Müəllif | Apa.Tv