Şamaxıdan mənzildən 1 KİLOQRAM QIZIL OĞURLANDI
Şamaxıda mənzildən 1 kq-a yaxın qızıl oğurlanıb. APA TV-nin xəbərinə görə, hadisə martın 10-da Şamaxı şəhərinin Xətai küçəsindəki 42 saylı mənzildə qeydə alınıb. Evdə heç kimin olmadığı vaxt naməlum şəxslər məzilə soxulmaq üçün müxtəlif üsullara əl atıblar. Öncə dəmir alətlə qapının sındırmağa çalışıblar. Qapının açılmadığını görən oğrular pəncərədən içəri daxil olublar.
Ev sahibi Nəbi Əzizov deyib ki, evə girənlər basqınçılar 4 otağın yalnız birində axtarış aparıblar. Digər 3 otağa isə girməyiblər. Naməlum şəxslər çemodandan ümumi çəkisi 1 kiloqramdan çox olan qızıl-ziynət əşyalarını gütürüblər.
Ev sahibi qonşularından şübhələnir. Onun sözlərinə görə, hadisə baş verən gün evdə olmayacağını qonşular bilirmiş. Qonşular isə bu iddia ilə razı deyillər.
Oğurluq edən şəxs və ya şəxslərin kim olduğu hələlik bəlli deyil. Faktla bağlı Şamaxı RPŞ tərəfindən cinayət işi açılıb, arşadırma aparılır.