Xərçəngdən əziyyət çəkən Nərmin Hüseynli vəfat edib
Uzun müddətdir, ağır xəstəlikdən əziyyət çəkən Nərmin Hüseynli dünyasını dəyişib. APA TV-nin xəbərinə görə, bu barədə Nərminin bacısı Mehin Hüseynli özünün "Facebook" səhifəsində yazıb. Bacısı bildirib ki, xəstəliyin dördüncü mərhələsində olan Nərminin həyatını xilas etmək mümkün olmayıb.
Yaxınları ona Bakıda səhv diaqnoz qoyulduğunu və yanlış müalicə nəticəsində əməliyyat olunduğunu və beləcə, xəstəliyinin xərçəngə çevrildiyini iddia edirlər. Onlar Nərminin müalicəsinin xaricdə mümkün olduğunu bildiriblər. Bunun üçün isə ailəyə 150 min avro lazım idi. Nərmin üçün yardım kampaniyası başlanılıb və qısa müddətdə kampaniyaya xeyli insan və təşkilat qoşulub. Gənclərin könüllü şəkildə təşkil etdikləri kampaniyalar, kiçik yarmarkaların təşkili, məşhurların yardım aksiyasına cəlb olunması bütün diqqəti Nərminə yönəldib. O, fevralın 26-da müalicə üçün Türkiyəyə yola salınıb.
Nərmin Hüseynli martın 10-da Türkiyədə müalicə aldığı xəstəxanada dünyasını dəyişib.