239 sərnişinlə birlikdə yoxa çıxan təyyarənin sərnişinlərinə zəng çatır - MÜƏMMA
Malayziya hava yollarına məxsus "Boinq 777" sərnişin təyyarəsinin aqibəti hələ də naməlum olaraq qalır.
İndiyə kimi göyərtəsində 239 nəfərlə itən sərnişin təyyarəsinin yoxa çıxması ilə bağlı bir neçə variant irəli sürülüb.
Çin mediasında yayılan xəbərlərdə deyilir ki, təyyarədəki sərnişinlərdən bəzilərinə qohumları tərəfindən zəng edildikdə - zəng çalır, lakin cavab verən olmur.
Çin dövlət televiziyası isə sərnişinlərdən birinin bacısının canlı yayımda qardaşının telefonuna zəng edərkən çəkilən görüntüləri yayımlayıb.
Sinqapurun "The Strait Times" qəzetində də bir çox sərnişin yaxınlarının bənzər müraciətlərlə hava yolu şirkətini məlumatlandırdığı bildirilib.
Xatırladaq ki, itən "Boinq 777" təyyarəsinin göyərtəsində ekipaj üzvləri ilə birlikdə 239 nəfər - əksəriyyəti Çin və Tayvandan olmaqla, 13 ölkənin vətəndaşları olub.