"VAZ 21014” 40 yaşlı qadını vurub öldürdü

Gəncədə piyadanın ölümü ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin xəbərinə görə, hadisə Gəncə-Şəmkir avtomobil yolunun 6-cı km-də  qeydə alınıb. Vüsal Aliyev idarə etdiyi "VAZ 21014” markalı avtomobilə Gəncədən Şəmkir istiqamətində hərəkətdə olarkən yolu keçmək istəyən naməlum piyadanı vurub. 40-45 yaşlarında olduğu ehtimal edilən qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Gəncə şəhər baş polis idarəsinin istintaq və təhqiqat  şöbəsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli