Ceyms Urolik: "Ümid edirəm ki prezidentlər bu ay görüşəcəklər"
"Biz ümid edirik ki, Azərbaycan və Ermənistan prezidentləri bu ay görüşəcəklər. Yalnız onlar sülh prosesi ilə bağlı ən çətin məsələləri həll edə bilərlər".
APA TV-nin xəbərinə görə, bu sözləri ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik şəxsi "twitter" səhifəsində yazıb. O həmçinin Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla münaqişənin danışıqlar yolu ilə həll olunması və digər vacib məsələlərlə bağlı məhsuldar müzakirələrin aparıldığını qeyd edib.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrləri ilə Parisdə görüş keçirib.
Görüşdə Fransa, Rusiya və ABŞ-dan olan həmsədrlər Jak For, İqor Popov və Ceyms Uorlik, həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anjey Kaspşik iştirak ediblər.
Paris görüşündə münaqişənin nizamlanması ətrafında danışıqlar prosesində mövcud vəziyyət müzakirə edilib.
ATƏT-in Minsk qrupunun həmsədrləri martın 11-də Moskvada Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan ilə görüşəcəklər.