Simferopol aeroportu Kiyevdən gələn təyyarələri qəbul etmir

Simferopol aeroportu Kiyevdən gələn və əksinə hərəkət edən təyyarə reysləri üçün bağlanıb. Martın 11-i saat 07:00-də olan ikitərəfli uçuş təxirə salınıb. Uçuşu həyata keçirən MAU şirkətinin saytında bildirilib ki, uçuş şirkətdən asılı olmayan səbəblərdən təxirə salınıb və en tez uçuş saat 16:00-da olacaq.

 

Bununla yanaşı, aeroport tam gücü ilə işləyir, müxtəlif istiqamətlərdə uçuş həyata keçirir.

 

Bu arada Viktor Yanukviçin keçirəcəyi mətbuat konfransının vaxtı məlum olub. O, martın 11-də Kiyev vaxtı ilə saat 11-də VertolEkspo sərgi mərkəzinin Ametist salonunda bəyanatla çıxış edəcək.

 

APA TV-nin xəbərinə görə, Luqanskda regionlar partiyasından olan deputat Arsen Klinçayev saxlanılıb. O, Luqansk vilayəti Dövlət Administrasiyasının binasını tutulmasının təşkilində və separatçı mitinq keçirməkdə şübhəli bilinir.

 

Amerikaya məxsus "Nimits" tipli "Corc Buş" aviadaşıyıcısı martın 9-da Türkiyənin Antalya limanına gətirilib. Bu aviadaşıyıcı ABŞ donanmasının ikinci zərbə qrupunun flaqmanıdır. Bundan başqa, Ukrayna böhranı ilə əlaqədar bu ölkə Polşaya da 12 qırıcı yerləşdirib.

 

Martın 11-i Rusiyanın qiymətli kağızlar birjasında birja indeksləri enib. Bazar iştirakçıları səbirsizliklə Ukrayna hadisəsində irəliləyiş gözləyirlər. 

Müəllif | Apa.Tv