Rusiyada tanınmaz hala salınmış azərbaycanlının meyiti tapılıb
Sankt-Peterburqda tikinti ərazisindən eybəcər hala salınmış azərbaycanlının meyiti tapılıb. Onurğa sütunu sınmış həmyerlimizin cəsədi martın-8-də axşam saatlarında aşkar edilib. APA TV xəbər verir ki, Rusiya Daxili İşlər Nazirliyinin yerli şöbəsinin yaydığı məlumata görə, bu şəxs "Rekonstruksiya" MMC-sə işləyən1963-cü il təvəllüdlü miqrantdır. Onun meyiti morqa göndərilib. Ölümün səbəbləri tibbi ekspertizadan sonra müəyyənləşəcək.
Faktla bağlı araşdırma aparılır.