Avropa Birliyi: "Qərarı Azərbaycan verməlidir"
Avropa Birliyinin Avropa Qonşuluq Siyasəti çərçivəsində Azərbaycan üzrə növbəti tərəqqi hesabatı martın sonunda çap olunacaq. APA TV-nin xəbərinə görə, bunu jurnalistlərə AB-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard deyib. Malena Mard bildirib ki, hər iki tərəf siyasi və iqtisadi assosiasiyanın dərinləşdirilməsində maraqlıdır: "Azərbaycan və Avropa Birliyi “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində əməkdaşlıq edir. AB hər il Avropa Qonşuluq Siyasətinə daxil olan 16 ölkə, o cümlədən Azərbaycandakı inkişaf haqqında hesabat dərc edir”.
Malena Mard qeyd edib ki, Avropa Birliyi ilə münasibətləri hansı yöndə inkişaf etdirmək barədə qərarı Azərbaycan verməlidir. Azərbaycanla AB arasında vahid hava məkanına dair sazişin hazırlanması üçün aparılan danışıqlara toxunan səfir qeyd edib ki, danışıqlar çox da intensiv getmir, lakin AB-nin təklifləri masadadır.
Ukraynadakı vəziyyəti dəyərləndirən səfir AB-nin bu ölkəyə həm maddi, həm də siyasi dəstək verməyə hazırıq olduğunu bildirib.
Onun sözlərinə görə, rəsmi Kiyev Ukraynanın ərazi bütövlüyünü müdafiə edir və AB təmsilçiləri bu məsələ ilə bağlı məsləhətləşmələr, eləcə də Ukrayna rəsmiləri ilə görüşlər keçirir