Viktor Yanukoviç: "Mən prezident və Ali Baş Komandanam"

"Mən Ukraynanın nəinki yeganə legitim prezidenti, o cümlədən ali baş komandanıyam".

 

APA TV-nin xəbərinə görə, bu bəyanatla Rostov-Donda Viktor Yanukoviç çıxış edib.  O, Ukrayandakı çeviriliş zamanı heç yerə qaçmadığını qeyd edib: "Çevriliş zamanı mən ölkəni tərk etmədim. Həmin günlərdə mənə qarşı terror hərəkəti etməyə çalışdılar. Amma mən Kiyevə qayıdacağam. Bu, çox çəkməyəcək".

 

O, haqqında yayılan ölüm xəbərlərinə də münasdibət bildirib: "Mən sağ və salamatam, amma özümü yaxşı hiss etdiyimi deyə bilmərəm. Çünki Ukrayanda baş verənləri həyəcanla izləyirəm".

 

Viktor Yanukoviç mayın 25-nə təyin edilmiş seçkiləri qeyri-legitim və qanunsuz hesab edir. Onun sözlərinə görə, bu seçki əsasında formalaşacaq istənilən orqan da qanunsuz olacaq.

 

Müəllif | Apa.Tv