Qonşuların ədavəti qətllə nəticələndi
Binəqədi rayonunda qətl törədilib. RPİ-nın əməliyyat müvəkkili Kənan Abışov APA TV-yə deyib ki, hadisə Binəqədi rayon, 3-cü mədən küçəsində qeydə alınıb. Ürək nahiyəsindən bıçaq xəsarəti alan 38 yaşlı Xəqani Həsənovun həyatını xilas etmək mümkün olmayıb.
Hadisədə şübhəli bilinərək saxlanılan Əlağa Quliyev polisə gedərək əməlini etiraf edib.
Binəqədi Rayon Polis İdarəsindən bildiriblər ki, qətlin baş verməsinə səbəb hasar qonşuları arasında yaranan ədavət olub. Bir-biriləri ilə danışmayan qonşular ailə üzvlərini də təmas yaratmağa qoymayıblar. Ötən gecə mərhumun oğlunun Quliyevin həyətində olması Əliağanı əsəbləşdirib. Etirazını Xəqaniyə bildirən Əliağa qəzəbləndiyindən üstündə gəzdirdiyi bıcaqla onu vurub. Özünün dediyinə görə, hec bir qonşu ilə münasibət saxlamayıb.
Əlağa Quliyev heç kimə etibar etmədiyini deyib.
Faktla bağlı 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.