Metropolitendə aksiya keçirənlərə bir həftə vaxt verilib
Paytaxtda bir qrup şəxs Bakı Metropoliteninin yeraltı keçidlərindəki mağazaların bağlanmasına etiraz olaraq aksiya keçirməyə cəhd edib. Aksiya iştirakçıları Metropoliten binasına qarşısına toplaşaraq, metropoliten rəisi ilə görüşmək istəyiblər.
İştirakçılar deyib ki, metro keçidlərində fəaliyyət göstərən mağazaların bağlanmasının səbəbini öyrənmək istəyiblər: ”Mən “Qara Qarayev” metrosundanam. Səhər-səhər dedilər ki, mağazanı bağlayın. Bütün metrolara deyiblər”.
Bir qədər sonra isə aksiya keçirməyə cəhd edən şəxslərdən bir neçəsi Bakı Metropoliteninin rəsmisi ilə görüşüblər. Sahibkarlara bir həftə ərzində cavab veriləcəyi deyilib. Görüşdə iştirak edən sahibkarlardan biri jurnalistlərə açıqlama verib: “Müavini qəbul etdi. Dedi, bir həftədən sonra gələrsiniz, vaxt deyəcəyik. Amma deyir, mümkün deyil, metro təmir olunmalıdır”.
APA TV-nin xəbərinə görə, Metropolitenin mətbuat xidmətindən bildirilib ki, qərarla bağlı yaxın saatlarda məlumat veriləcək.
Bununla da aksiya başa çatıb.