Xaçmazda 3 oğurluğun üstü açılıb

Xaçmazda 3 oğurluq faktının üstü açılıb. Rayon Polis Şöbəsindən APA TV-yə verilən məlumata görə, Şahin Paşayev fevralın 24-ü gecə saatlarında Xaçmaz şəhəri 20 Yanvar küçəsində yerləşən, İntiqam Bayramova məxsus mağazadan oğurluq etməkdə şübhəli bilinir.
Qarət nəticəsində vətəndaşa ümumilikdə 2 min manat dəyərində ziyan dəyib.
 

...
 

Rayonun Armudpadar kənd sakinlərinin ev quşlarını oğurlamaqda ittiham olunan şəxslər də saxlanılıb. Müstəntiq Namiq Mirzəzadənin bildirdiyinə görə, keçirilmiş əməliyyat tədbirləri nəticəsində aşkar edilib ki, həmin cinayəti Xaçmaz rayonu Qaraqulplu kənd sakinləri Laçın Muradov, Mirsoltan Ağayev, Faiq Cəbrayılov və Elşad Möhsümov törədib.
 

...
 

Xaçmaz şəhəri Heydər Əliyev prospektində yerləşən mağazadan spirtli içki oğurlamaqda şübhəli bilinən 26 yaşlı Aslan Şahqubadov isə oğurluq etmədiyini bildirir.
 

Hər üç faktla bağlı Xaçmaz rayon Polis Şöbəsində cinayət işi başlayıb.

 

Müəllif | Apa.Tv
Vəli Turan