Bakıda NOVRUZ YARMARKALARI KEÇİRİLƏCƏK
Novruz bayramı ilə əlaqədar satış yarmarkalarının keçiriləcək.
Kənd Təsərrüfatı Nazirliyindən APA TV-yə verilən məlumata görə, yarmarkalar bayram öncəsi əhalinin bir sıra ərzaq və kənd təsərrüfatı mallarına tələbatının artmasını nəzərə alaraq, əhalinin artan tələbatının daha dolğun ödənilməsi, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədilə keçirilir. İqtisadiyyat və Sənaye, Kənd Təsərrüfatı nazirlikləri və Bakı Şəhər İcra Hakimiyyəti ilə birlikdə keçiriləcək yarmarkalar 15-19 mart tarixində paytaxtın 7 rayonunda təşkil ediləcək.
Xətai rayonu, Məhəmməd Hadi küçəsi, Ukrayna dairəsindən "H.Aslanov" metrosuna düşən yolda;
Yasamal rayonu, Akim Abbasov küçəsi, İran klinikasının yanı;
Nərimanov rayonu, "Gənclik" metrosu, stadionun yanı;
Binəqədi rayonu, Dərnəgül yaşayış sahəsi, 6 saylı Peşə Litseyinin həyəti;
Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "Günəş" Ticarət Mərkəzinin yanı;
Nəsimi rayonu, "Təzə bazar"ın ərazisi;
Səbail rayonu, Badamdar qəsəbəsi, 239 nömrəli məktəbin yanı.
Satış yarmarkaları qapalı formada qurulacaq, əhali və fermerlər üçün əlverişli ticarət mühiti yaradılacaq.