Arif Hacılı: "Mətbuatında xəbər yayılandan sonra Dağıstanda polisin bizə münasibəti dəyişdi"

"Krıma səfər etməkdə məqsəd Krım tatarlarına dəstək vermək olub".

APA TV-nin xəbərinə görə, bunu Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri, başqan müavini Arif Hacılı Dağıstanın paytaxtı Mahaçqala şəhərində saxlanmaları ilə bağlı keçirdiyi mətbuat konfransındfa deyib. O, Mahaçqalada onların da içərisində olduğu Bakı-Rastov qatarına polis və mülki geyimli şəxslərin hücum etdiyini bildirib: “Mənim qolumu burub qatardan düşürərkən telefonuma zəng gəldi. Telefonda əlimdə idi. Mən dərhal cavab verdim. Məlum oldu ki, zəng vuran Etibar bəydir (APA İnformasiya Agentliyinin əməkdaşı - red.). Dərhal ona dedim ki, məni Mahaçqalada tutdular, ailəmə məlumat ver. Çox saq olsun ki, bu barədə məlumat yaydı. Onlar bizim saxlanmağımız barədə Azərbaycan mətbuatında gedən xəbərlərdən məlumatlı olduqdan sonra bizə qarşı rəftarlarını müəyyən mənada dəyişdilər ”.

 

Arif Hacılı deyib ki, polis idarəsində olarkən, onlara qarşı fiziki təzyiq olmasa da, mənəvi təzyiq göstərilib. Onun sözlərinə görə, Rusiya hüquq-mühafizə orqanları Qarabağ problemi barədə danışaraq, ermənilərin mövqeyini müdafiə ediblər. Qatarda səs-küy saldıqlarını və söyüş söydüklərini iddia edərək, onları 500 rubl cərimələyiblər. Sonra, hüquq-mühafizə orqanlarının əməkdaşları Moskva-Bakı qatarına bilet alıblar və onları qatarda Dərbəndə qədər müşayiət ediblər.

 

Müəllif | Apa.Tv