Avtomobillə toqquşan "Mercedes" dəmir səddə çırpıldı
Hacıqabul-Bəhrəmtəpə yolunun 25-ci kilometrliyində Sabirabad rayonunun Xəlifəli kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin xəbərinə görə, Saatlı rayon Smada kənd sakini 38 yaşlı Vahiddin Əliyevin idarə etdiyi “NAZ Lifan” markalı avtomobil qarşıdan gələn İmişli rayonu Boşçalar kənd sakini 31 yaşlı Fəxri Şükürovun idarə etdiyi "Mercedes" 190” markalı avtomobillə toqquşub. "Mercedes" markalı avtomobil digər avtomobillə toqquşduqdan sonra yolda olan dəmir səddə çırpılaraq, dayanıb. Nəticədə sürücülər yüngül xəsarət alsalar da, avtomobillərə və yol təsərrüfatına ciddi ziyan dəyib. Qəzaya səbəb kimi “NAZ Lifan” markalı avtomobilin yolun əks istiqamətinə çıəxması göstərilir.
Faktla bağlı araşdırma aparılır.