Əbülfəs Qarayev: "Nazirliyin "Yanar dağ" ətrafındakı sakinləri köçürməyə imkanı yoxdur"

"Son dörd-beş ildə ölkə ərazisində 1705 abidə aşkarlanıb. Tarixi abidələrin son inventarlaşdırılması 2001-ci ildə aparılıb. Həmin vaxt 6308 tarixi abidə siyahıya alınıb".

 

APA TV-nin xəbərinə görə, bunu Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev "Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı"nın təqdimatına həsr olunmuş konfransda bildirib. Nazir deyib ki, qeydə alınan abidələrdən 100-dən çoxunun pasportu hazırlanıb: "Biz bu gün yeni bir pasport təqdim etdik, həm elektron variantda, həm də yazılı formada. Bu pasport internet portalına daxil olacaq və bunun vasitəsi ilə dünyada xalqları bizim tarixi abidələrimiz haqqında məlumat əldə edə biləcək. Bu isə ölkəmizə daha çox turist axınına səbəb olacaq".

 

"Yanar dağ" tarixi abidəsinin mühafizə zonasının məhdudlaşdırılacağıını deyən Əbülfəs Qarayev buna abidəyə yaxın ərazidə yerləşən əhalinin köçürülməsinin zəmin yaratdığını deyir. Abidənin yaxınlığında yaşayan insanlar oradan köçmək üçün maliyyə vəsaiti tələb edirlər ki, nazirliyin buna imkanı yoxdur.

 

Müəllif | Apa.Tv