Nazirdən "SOVETSKİ" AÇIQLAMASI

""Sovetski"də yerləşən hər bir tarixi abidəyə ayrıca baxılacaq. Orada olan hər bir tarixi abidənin əhəmiyyəti və dərəcəsi var. Elə abidələr var ki, ölkə əhəmiyyətlidir. Ona görə, buna həssaslıqla yanaşmaq lazımdır".

 

APA TV-nin xəbərinə görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev "Sovetiski"də olan tarixi abidələrin sökülməsindən danışarkən deyib: "Ölkə üçün əhəmiyyətli olan abidələri bərpa etmək və qoruyub-saxlamaq lazımdır. Onların ətrafında mədəni mühiti formalaşdırmaq qarşımızda məqsəd kimi durur. Bu məsələlərə baxılır, siyahılar tərtib olunur. Biz müvafiq dövlət orqanları ilə birlikdə ölkə prezidentinin bu istiqamətdə verdiyi tapşırıqları düzgün yerinə yetirəcəyik".

 

Nazir bildirib ki, yeni tikililər, yolların genişləndirilməsi və şəhərlərin inkişafı tarixi abidələrlə müəyyən ziddiyyət təşkil edir. Sözügedən ərazidə 230-a yaxın abidə var ki, onların hər biri ayrı-ayrılıqda araşdırılıb qərar veriləcək.

 

Müəllif | Apa.Tv