BABƏK PROSPEKTİNDƏ QƏZA: Sərxoş sürücü maşını qoyub qaçdı

Bakının Nizami rayonu, Babək prospektindəki körpüdə qəza baş verib. APA TV-nin xəbərinə görə, "99 DA 768" dövlət nömrə nişanlı "Opel Astra" markalı avtomobillə "85 BT 852" nömrəli "BMW" toqquşub. Qəza nəticəsində sürücülər xəsarət almasa da, avtomobillərə ciddi ziyan dəyib. Eyni zamanda qəzadan sonra "OPEL"in sürücüsü hadisə yerindən qaçıb. "BMW" də olan sərnişin Kamran Teymurovun verdiyi məlumata görə, qəzanın səbəbkarı olan "OPEL" markalı avtomobilin sürücüsü sərxoş olub. Elə ona görə də  hadisə yerindən qaçıb.

 

Avtomobillər evakuatorlar vasitəsi ilə hadisə yerindən uzaqlaşdırılıblar. Faktla bağlı Dövlət Yol Polisinin Nizami Rayon Şöbəsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv