Türkiyədə etiraz aksiyaları keçirilib

Türkiyədə ara yenidən qarışıb. İstanbul və Ankarada hökumət əleyhinə aksiyalar keçirilib. Ankarada etirazçılar Ərdoğan hökumətinin istefaya getməsini tələb ediblər. Polis aksiya iştirakçılarına su şırnağı və bibər qazı ilə müdaxilə edib. Etirazçılarla polis arasında baş verən qarşıdurmada yaralananlar olub. Eyni zamanda polis aksiya iştirakçılarından bəzilərini saxlayıb.     

 

APA TV-nin xəbəerinə görə, İstanbulda isə Taksim meydanına qədər yürüş edən aksiya iştirakçıları polisin xəbərdarlığına məhəl qoymayıb. Nəticədə polis etirazçılara qarşı təzyiqli su və bibər qazından istifadə edib.

 

Etirazçılarla  polis arasındakı qarşıdurmada yaralananlar olub.

Müəllif | Apa.Tv