Atı vuran "Qazel" yandı

Şəmkirdə atı vuran yük maşını daha sonra ağaca çırpılaraq yanıb. 

 

APA TV-nin xəbərinə görə, hadisə Bakı-Qazax magistralının 411 kilometrliyində Dəllər Cəyir kəndinin yaxınlığında baş verib. Gəncə sakini Vaqif Murquzov idarə etdiyi “Qazel” markalı yük avtomobili ilə Qazax istiqamətində hərəkətdə olarkən yolda olan atlardan birini vurub. İdarəetməni itirən sürücü avtomobili yolun kənarındakı ağaca çırpıb. Bunun nəticəsində avtomobilin mühərrik hissəsindən yanğın başlayıb. Hadisə yerinə cəlb olunan Şəmkir yanğınsöndürənləri alovun qarşısını alıblar. Avtomobildə olan sürücü və sərnişin xəsarət almasa da vurulan at hadisə yerindəcə ölüb. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv