"SAHİL" TİCARƏT MƏRKƏZİNDƏ GÜCLÜ YANĞIN
Bakının mərkəzində, Üzeyir Hacıbəyov küçəsi ilə Bülbül prospektinin kəsişməsində yerləşən “Sahil” ticarət mərkəzi yanır. Yanğının söndürülməsinə Nərimanov rayon Yanğından Mühafizə Hissəsinin bir briqadası da hadisə yerinə cəlb edilib. Yanğının baş verdiyi binadan sakinlərin, ticarət mərkəzinin işçilərinin və Braziliyanın Azərbaycandakı səfirliyinin əməkdaşlarının təxliyəsi artıq başa çatdırılıb. İki nəfərə özünü pis hiss etdiyi üçün tibbi yardım göstərilib. Təhlükəsizlik tədbirləri ilə əlaqədar binanın altında, metronun “Sahil” stansiyasının giriş-çıxışı müvəqqəti bağlanıb.
APA TV-nin xəbərinə görə, yanğın səhər saatlarında binanın 2-ci mərtəbəsindəki yaşayış evindən başlayıb, sonradan digər mənzillərə və 3-cü mərtəbəyə yayılıb. İlkin olaraq, hadisə yerinə Səbail və Nəsimi rayonunun yanğınsöndürmə briqadaları cəlb edilib.