Növbəti tədris ilində 12 illik təhsilə keçid olmayacaq

Növbəti tədris ilindən Azərbaycanda 12 illik təhsilə keçid gözlənilmir. Təhsil naziri Mikayıl Cabbarov APA-ya bildirib ki, Azərbaycanda 12 illik təhsilə proses tam hazır olanda keçiləcək. Onun sözlərinə görə, bununla əlaqədar hazırlıq işləri gedir və keçmişdə olan səhvlər öyrənilir: “12 illik təhsilə keçid xatirinə deyil, təhsil sisteminin keyfiyyətinin qaldırılması üçün keçiləcək. Ölkədə vaxtilə yeni kurrikulum sisteminə keçdik, amma müəllimləri buna lazımi səviyyədə hazırlamadıq. Nəticədə bu gün bir çox problemlə rastlaşırıq. Dərsliklərin yeni kurrikuluma uyğun yazılması üçün 1 il, 2 il, 3 il təlimlər etməliyik. Bu gün mövcud problemləri yaşayırıq".

 

Nazir deyib ki, bu kimi çatışmazlıqların olmaması üçün tam hazır olandan sonra 12 illik təhsilə keçiləcək. Ona görə də növbəti tədris ilindən Azərbaycanda 12 illik təhsilə keçid gözlənilmir.

Müəllif | Apa.Tv
Almaz Qasımova