“Opel Vectra” aşdı: 1 ölü, 3 yaralı

Bakı-Şamaxı-Yevlax avtomobil yolunda bir nəfərin ölümü, 3 nəfərin ağır xəsarəcət alması ilə nəticələnən avtomobil qəzası baş verib. Hadisə martın 12-nə keçən gecə, magistral yolun 127-ci kilometrliyində, Şamaxının Muğanlı qəsəbəsi ərazisində qeydə alınıb. İsmayıllı sakini 46 yaşlı Yavər Qasımovun idarə etdiyi “Opel Vectra” markalı minik maşını hərəkətdə olarkən sürücü idarəetməni itirib və maşın yoldan çıxaraq, aşıb. Nəticədə sürücü Yavər Qasımov, sərnişinlər, İsmayıllı rayon sakinləri - 58 yaşlı Nazilə Rəsulova və 31 yaşlı Qədir Rəsulov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. İsmayıllı sakini olan digər sərnişin, 42 yaşlı Səbahəddin Ömərli isə aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi araşdırır.

 

Müəllif | Apa.Tv
Elvin Yaqubov