Sərxoş sürücünün idarə etdiyi “VAZ-2107” qırmızı işıqda dayanan avtomobilə çırpıldı
Gəncədə 2 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 2 nəfər yaralanıb. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, 2 nəfərin yaralanması ilə nəticələn hadisə şəhərin Heydər Əliyev prospekti ilə Fərhad Əliyev küçəsinin kəsişməsində qeydə alınıb. Şəhər sakini Vidadi Aslanov idarə etdiyi “VAZ-2107” markalı maşınla dəmiryol vağzalı istiqamətdə yüksək sürətlə hərəkədə olarkən işıqforun qırmızı işığında dayanan Teymur Kərimovun idarə etdiyi “VAZ-21099” markal avtomobillə arxadan çırpılıb. Qəza nəticəsində hər iki sürücü müxtəlif bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının tramatologiya şöbəsinə yerləşdirlib. Xəstəxanada verilən məlumata görə, yaralıların vəziyyəti kafidir. Avtomobilər isə yararsız hala düşüb. İlkin etimalar görə, qəzaya səbəb "VAZ-2107" yüksək sürətlə hərəkət etməsi və sürücü Vidadi Aslanovun sərxoş olması olub.
Digər hadisə isə şəhərini Şah İsmayıl Xətai prospktində qeydə alınıb. Gürcüstan vətəndaşı Akif Məmmədov idarə etdiyi "OPEL" markalı minik maşını ilə şəhər sakini Amid Abbasovun idarə etdiyi "QAZ 24" markalı avtomobil toquşub. Xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib. Hər iki faktla bağlı araşdırma aparılır.