Azərbaycanda ehtiyatda olan zabitlər səfərbər olunacaqlar

Azərbaycanda ehtiyatda olan kiçik zabitlərin siyahısı dəqiqləşdirilir. APA-nın məlumatına görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbələri tərəfindən ehtiyatda olan kiçik zabitlər çağırılaraq, onların qeydiyyatda olduqları rayonlarda yaşayıb yaşamadığı müəyyənləşdirilir, həmçinin uçot sənədlərində dəqiqləşdirmələr aparılır. Dəqiqləşmələr yekunlaşdıqdan sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Müdafiə Nazirliyi və digər hərbi qurumlarla birgə ehtiyatda olan zabitlərin toplanışını keçirəcək. Ümumrespublika səviyyəli toplanışda ehtiyatda olan zabitlər şərti «həyəcan» siqnalı ilə qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti şöbələrinə çağırılacaqlar.

Müəllif | Apa.Tv
Elvin Bayramlı