Ukrayna Silahlı Qüvvələri döyüş hazırlığı vəziyyətinə gətirilib

"Ukrayna Silahlı Qüvvələri tam döyüş hazırlığı vəziyyətinə gətirilib".

 

APA TV-nin xəbərinə görə, bu barədə hökumətin iclasında baş nazirin birinci müavini Vitali Yarema deyib. Onun sözlərinə görə, Rusiya qoşunları hələ də Ukraynanın şərq sahillərindədir və sayları daim artırılır: "Ukraynada da ölkə miqyasında hərbi təlimlər başlayıb. Daxili qoşunların bazasında Ukrayna Milli Qvardiyasının yaradılması üzərində iş aparılır. Əminəm ki, çətin vaxtlarda ordu Ukrayna qarşısında ən ali öhdəliyini yerinə yetirəcək".
 

Ötən sutka ərzində Rusiya qoşunlarının Krım yarımadası ilə materiki birləşdirən quru əraziyə yerləşdirilməsi prosesi başlayıb. Bunu isə Ukrayna Hərbi-siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Dmitri Timçuk özünün "facebook" səhifəsində yazıb.
 

Onun sözlərinə görə, hazırda Perekop rayonunda Çeçenistanda formalaşdırılmış 500 nəfərlik Rusiya batalyon qrupu, ZTR-80, "Tiqr" avtomobilləri və 25-ə yaxın artilleriya qurğusu yerləşdirilib.
 

Martın 12-si gecəsi Ukrayna Təhlükəsizlik Xidməti əməkdaşları Xersonda Rusiya silahlı qüvvələrinin kəşfiyyat qrupunu saxlayıblar. Məlumata görə, qrupun məqsədi Xersonda operativ şəraiti, dislokasiya haqqında məlumatları, Ukrayna Silahlı bölmələrinin döyüş hazırlığının vəziyyətini öyrənmək olub.

 

Müəllif | Apa.Tv