"Sahil" TİCARƏT MƏRKƏZİNDƏ YANĞIN SÖNDÜRÜLDÜ
Bakıda “Sahil” Ticarət Mərkəzinin yerləşdiyi çoxmərtəbəli binada baş verən yanğın söndürülüb. APA TV-nin xəbərinə görə, bu barədə fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev bildirib. Nazir müavini yanğın nəticəsində xəsarət alan olmadığını açıqlayıb
Etibar Mirzəyev deyib ki, yanğının gec söndürülməsinə FHN-in yanğınsöndürən maşınlarının avtomobil sıxlığına görə hadisə yerinə daxil ola bilməməsi səbəb olub. Yanğın təxminən 1 saat 30 dəqiqədə söndürülüb. Ümumilikdə 1500 kv.m sahə yanıb.
Yanğın saat 10.00 radələrində başlayıb. Ticarət mərkəzinə gələn işçilər 3 -cü mərtəbədə otaqların birində tüstüləmə olduğunu görüblər. FHN -nin 112 qaynar xəttinə zəng edib məlumat verilənə kimi alov digər otaqları cənğınə alıb.
Ətrafda olan bütün yaşayış sahələrində olan sakinlər, ofis işçiləri evakuasiya ediliblər. Binalara verilən qaz və elektrik enerjisi müvəqqəti dayandırılıb. Hadisə zamanı 1 nəfər tüstüdən özünü narahat etdiyindən xəstəxanaya catdırılıb.