Mikayıl Cabbarov: "Boşluqlar var"

"Təhsil sektoru ilə biznes sektoru arasında boşluq var".

APA TV-nin xəbərinə görə, bunu Təhsil naziri Mikayıl Cabbarov deyib: "Bir çox məzun üçün iş yerləri mövcud deyil. Minlərlə azərbaycanlı tələbə xaricdə təhsil alır, onlardan yüzlərlə kadr Azərbaycana dönür, iqtisadiyyat və digər sahələrdə işləməyə başlayırlar. Neft Fondu təhsil sahəsində görülən işlərə dəstək verir. Bəs, sonra necə olacaq? Xaricdən yüksək səviyyəli kadrlar dəvət olunur ki, Azərbaycanda kadrlar yetişsin. Biz nəyisə dəyişdiririksə, bunun hansısa nazirdən asılı olmadığına əmin olmalıyıq".

 

Mikayıl Cabbarov söyləyib ki, təhsil sahəsində əsas çətinlik təhsil sistemi və strukturunun sovetlər dönəminin ehtiyacları üçün nəzərdə tutulmasıdır: "İlk növbədə insan kapitalını nəzərə almalıyıq. Biz bir çox problemlə qarşılaşırıq, bunlar Təhsil Strategiyasında da yer alıb. İnkişaf üçün təhsilin məzmunu, təhsil sisteminin idarə edilməsi, müəllimlər, maliyyə qaynaqları, resurslar vacibdir. Bu sahələrdə bir çox iş görülüb. Son 10 ildə məktəblərin 60 faizi tam təmir edilib".

 

Nazir təhsilin iş bazarını kadrlarla təmin etməli olduğunu da qeyd edib.

 

Müəllif | Apa.Tv